“Alov Qüllələri Fairmont Otel Bakı” filialından maraqlı sual
Sual: “Azinko Development” MMC-nin “Alov Qüllələri Fairmont Otel Bakı” filialından sizə aşağıdakı sualla müraciət etmək istərdik: “Hoist Group” adlı xarici şirkət bizim mehmanxanaya xarici kanalların yayımı və onunla bağlı texniki xidmət göstərir. Göstərilən bu xidmətə 125.1.4-cü maddəyə əsasən beynəlxalq rabitə xidməti kimi 6 % ödəmə mənbəyindən vergi tətbiq edə bilərik?
Fərəcova Sevinc Azad, [email protected] (05.06.2018) (Oxunub: 14 dəfə, ID: 17097)
Cavab: Bildiririk ki, elektromaqnit dalğaları ilə açıq və ya kodlaşdırılmış formada, peyk, kabel və ya digər yerüstü texniki qurğular vasitəsilə kütləvi yaımlanan və istənilən sayda teleradio qəbuledicilər tərəfindən qəbul edilən səsli və ya görüntülü teleradio proqramlarının müəyyən məsafəyə ilkin ötürülməsi teleradio yayımı hesab olunur.
İşarələrin, siqnalların, yazılı mətnlərin, səslərin, təsvirlərin və istənilən məlumatların naqilli, radio, optik, radiooptik və digər elektromaqnit sistemləri vasitəsi ilə hər cür qəbulu, ötürülməsi və yayımı elektrik rabitəsinə aid edilmişdir.
Odur ki, televiziya səsin və hərəkət edən təsvirin müəyyən məsafəyə ötürülməsi və qəbulu üçün rabitə sistemi kimi təsbit olunduğundan televiziya yayımı ilə məşğul olan qeyri-rezidentə ödəmələri edən vergi ödəyicisi 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergini tutmalıdır.
Bununla belə onu da bildiririk ki, qeyri-rezidentin fəaliyyəti müvafiq proqram təminatının hazırlanması və rabitə müəssisələrinin məhsulununun istehlakçısına çatdırılmasına üzrə vasitəçilik xidmətinin göstərilməsindən ibarət olduğu halda, həmin xidmətin ğöstərilməsinə görə qeyri-rezidentə ödənilən məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Bax: Vergi Məcəlləsinin 125-ci maddəsi, “Rabitə haqqında” Azərbaycan Respublikasının 20.06.1997-ci il tarixli 328-IQ nömrəli Qanununun 1-ci maddəsi və ’’Televiziya və radio yayımı haqqında’’ Azərbaycan Respublikasının 25.06.2002-ci il tarixli 345-IIQ nömrəli Qanununun 1.0.4-cü maddəsi.
1 Komment
Еlsad 13 Mart 2023
Salam bağşdayın narahat etdim məni bura işə götürüblər mən necə əlaqə saxayım Tel 055 733 35 34
Şərh yazın